64 yaşlı velosipedçini maşın vurdu

  • SpaceTV
  • 24 Sentyabr 2020 13:12

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. Spacetv.az hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət alan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun