63 insan güclü yağışların qurbanı oldu

  • SpaceTV
  • 29 Yanvar 2020 11:28

Braziliyanın cənub-şərq ərazilərinə yağan güclü yağışlar nəticəsində 63 nəfər həyatını itirib.

TASS agentliyi xəbər verir ki, bu barədə məlumatı Cənubi Amerika dövlətinin xilasetmə xidməti yayıb.

Təbii fəlakət qurbanlarının əksəriyyəti Minas-Jerays ştatının sakinləridir. Bu günə qədər 29 min insan daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar yaşadığı ərazilərdən təxliyyə edilib. Dörd min insan evsiz qalıb.

Paylaş

 Xəbəriniz olsun