61 yaşli şəsxin evindən çətənə bitkiləri və qurudulmuş marixuana aşkarlanıb.

  • Space TV
  • 1 May 2020 15:03

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 61 yaşlı Telman Zeynalov yaşadığı evin yaxınlığında saxlanılıb.Onun üzərinə baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə – qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun