60 yaşlı nənə öz cazibədarlığının sirrini açdı

  • SpaceTV
  • 14 Yanvar 2020 13:20

İngiltərənin Esseks qraflığının Sautend on Siti şəhərinin sakini öz cazibədarlığının sirrini bölüşüb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Üç oğul və iki nəvə sahibi olan 60 yaşlı Dayan Qarner heç zaman botoks inyeksiyaya ehtiyac duymadığını və dəriyə qulluq üçün çox da bahalı olmayan kosmetik vasitələrdən istifadə etdiyini söyləyib.

“Mən bahalı kremləri sınadım, amma görünən effekti vermədi”, – deyə britaniyalı qadın bildirib.

O, saçına qulluğu da unutmur.

Bundan başqa, 15 il əvvəl Qarner sinəböyütmə əməliyyatından keçib. Dediyinə görə, plastik əməliyyat onun özünəinamını artırıb.

60 yaşlı qadın bədən quruluşunu qorumaq üçün həftədə dörd dəfə yoqa və pilates məşqi etdiyini vurğulayıb.

“Beləliklə, kompüterdə işləməyimin stresini atır, həmçinin, bədənimi yaxşı vəziyyətdə saxlayıram”, – deyə Qarner bəyan edib.

Paylaş

 Xəbəriniz olsun