60 kiloqrama yaxın narkotik aşkarlandı

  • SpaceTV
  • 27 İyun 2020 14:31

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qr təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat nəticəsində Zəfər Qəniyev də saxlanılınıb.Ona məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kiloqramdan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.     

Emin Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun