60-a yaxın dövlət başçısının qatılacağı sammit

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:56

Nazir müavini  qeyd etdi ki, Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakı gözlənilir, lakin hər şey sammitin başladığı gün bilinəcək.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcək ölkələr arasında Ermənistan yoxdur. Bu barədə isə Xarici İşlər Nazirliyinin rəsmisi  Leyla Abdullayeva bildirdi. O, həmçinin qeyd etdi ki, Hərəkata sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammitdə 60-a yaxın ölkənin dövlət başçısının qatılacağı gözlənilir. Azərbaycan 2011-ci ildən hərəkatın üzvüdür. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.  Hərəkatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun