5G VİRUS YAYIRMI?

  • SpaceTV
  • 1 İyul 2020 16:42

Artıq bir neçə həftədir ki,ölkəmizdə koronavirusun  5G texnologiyası vastitəsilə sürətlə yayılması barədə fikirlər gündəmi zəbt edib. İddiaçılar mövqelərini bununla əsaslandırırlar ki, virusun ilk Çində yaranmasına səbəb  məhz 5g-nin ilk tətbiq olunduğu şəhərin də Çinin Uhan şəhəri olmasıdır. Nağılvari iddialara görə,  5G texnologiyası vasitəsilə dünya əhalisinin böyük bir hissəsi öldürüləcək, sağ qalan və seçilmiş hissəyə isə kütləvi peyvəndlər yolu ilə mikro çiplər yerləşdiriləcək. Bununla da insanların bir mərkəzdən idarə olunması planı uğurla tamamlanacaq.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Günel Gözəlova şaiyələrə belə aydınlıq gətirdi.

Bəs 5 g nədir?5 g yeni 5-ci nəsil internet texnologiyasıdır.

21-ci əsr informasiya əsiridir.Dünyanın bütün  ölkələrində yeni texnologiyalar tətbiq olunur.Elə bir  texnoloji tətbiq yoxdur ki, müəyyən mənfi təsirləri olmasın. Yeni nəsil 5G texnologiyasının da mənfi xüsusiyyətləri var.ancaq bu o demək deyil ki, yeni texnologiya virus yayır. Yeni müasir texnologiya olan 5G-yə ehtiyac varmı?Ekspert Əflatun Məmmədov suala cavab olaraq 5g-yə ehtiyac olduğunu və müəyyən fəaliyyət sahələri üçün hətta onun vacib olduğunu deyir.

4G-dən fərqli olaraq 5 G-nin əsas üstün cəhəti daha geniş tezlik zolağına malik olmasıdır.

Hər gün qonşuda,həyətdə müxtəlif ölçü və gücə malik  antennalar  görürük. Bunların təhlükəsi olduqca böyükdür. Antenalar insanların yaşayış məkanlarından  uzaq məsafələrdə quraşdırılırsa onlar hər hansı təhlükə ifadə etmir. 5G texnologiyası tətbiq olunan zaman standartlara əməl olunmazsa onun da ziyanı böyük ola bilər. Məişət cihazları-soyuducular ,paltaryuyanlar,televizorlar,sayğaclar artıq yeni bir proqramla 5g-nin gətirdiyi standartların dəstəklədiyi sistemlə işləyəcək.

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda da virusların radiodalğalar, mobil şəbəkələr vasitəsilə yayılmasının mümkünsüzlüyü, “COVİD-19”-un  5G mobil şəbəkəsinə malik olmayan ölkələrdə də olduğu  vurğulanıb.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun