5G təhlükəlidir ?!

  • Space TV
  • 25 Aprel 2020 15:47

5G dünyanı 20-30 il irəliyə aparacaq. Bu tamamilə yeni radiosiqnal texnologiyasına əsaslanır. Onun əsas üstünlüyü təbii ki, internet sürətindədir.

5G müxtəlif şəhər, ev, maşın, qatar, təyyarə və insanlarla əlaqə baxımından müxtəlif imkanlar yaradacaq. Bu əlaqələrin qurulması daha sürətlə həyata keçirləcək. İnanılmaz dərəcədə tez və sürətli olacaq. Mütəxəsislərin sözlərinə görə, 5G xidməti istismara tam hazır olunduqdan sonra yeni smartfonlar da istehsal olunacaq. Bəs ölkəmizdə bu texnologiyanın istifadəsi üçün lazımı şərait varmı?

Yeni texnologiyanın sürəti çox olduğundan yüksək şüa buraxır və bu da insan orqanizminə, həmçinin heyvanlar və bitki aləminə də mənfi təsir göstərir.

Onun elektromaqnit hissəcikləri insanlarda xərçəng xəstəliyi, genetik pozulma, stress, reproduktiv sistemin dəyişikliyi, yaddaş problemi yaradır.

Yeni nəsil texnologiyadan istifadə etmək üçün sağlamlığımızı təhlükəyə atmağa lüzum varmı? Bu sualın cavabını gələcək göstərəcək. O, vaxtadək isə çalışın sağlam qalın.

ALLAHVERDİ NADİROĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun