58 yaşlı qadına yardım edək onun sizin köməyinizə ehtiyacı var

  • Space TV
  • 16 Dekabr 2019 11:48

Qax rayonunun İbaxlı kəndində yaşayan 58 yaşlı Tükəzban Məmmədova 2 ildən artıq bir müddətdir ki,ağır xəstəliklə çarpışır.Onurğasında problem aşkarlanan Tükəzban xanımın xəstəliyinə Mielit diaqnozu qoyulub.Onurğa iliyində ərimə getdiyindən ayaqlar da öz funksiyasını itirib və iflic olub.Xəstəliyin ilk günlərindən yatağa düçar olan xanımın arzusu yalnız yenidən sağlamlığına qovuşaraq yeriməkdir.Hər gün dözülməz ağrılarla mübarizə aparan qadın xeyirxah tamaşaçılardan yardım istəyir.

Tükəzban xanımın sağalması üçün bu günə qədər təqribən 60 min manatın xərcləndiyini söyləyən həyat yoldaşı artıq bundan artığına imkanlarının olmadığını deyir.Bu vaxta qədər xərclənən vəsait isə kənd camaatının,qohumların yardımı ilə toplanıb.Müalicə nəticəsində həyatda qala bilən Tükəzban Məmmədovanın yeriməsi üçün isə yalnız əməliyyat lazımdır.Əməliyyat Azərbaycanda 65 min manata mümkün ola bilər.Ancaq ailənin maddi vəziyyəti buna imkan vermir.Məmmədovlar ailəsi indi yalnız imkanlı,xeyirxah insanlara ümidlərini bağlayıblar.

Hər gün ağrıkəsici dərmanlarla həyatını davam etdirən Tükəzban Məmmədovaya gəlin yardım əlimizi uzadaq.Onun sağlamlığına qovuşması üçün lazım olan 65 min manatı toplayaq.Məbləğ yüksək görünə bilər.Ancaq hərə üzərinə düşən yardımı az da olsa etsə,tez bir zamanda bu vəsait yığılar və daha bir yardıma ehtiyacı olan xəstəmiz sağlamlığına qovuşar.Yardım etmək istəyənlər sadəcə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər…

050-614-60-36

050-722-11-45

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun