Biləcəri qəsəbəsi, Biləcəri enişi 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi iaşə obyektinin həyətində olanağacları süni şəkildə qurudub kəsdiyi üçün 2 il öncə 58 min, 800 manat cərimə olunmuşdu, buna görə məhkəmənin qərarı ilə 7 ay həbs cəzası da almışdı. Ancaq həbsdən çıxdıqdan sonra ağaclara qənim kəsilən yaşıllıq qatili yenidən bu ərazidə olan 1 neçə şam ağacını məhv edib
Kəsilən şam ağaclarından başqa hazırda ərazidə olan bir neçə şam ağacı da qurumaq təhlükəsi ilə üz-üzədir. Özünü restoranın sahibi kimi təqdim edən bu şəxs öncə ağacların Yaşıllışadırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən kəsildiyini desə də sonradan məlum oldu ki, sözügedən quruma, ağacların kəsilib götürüməsi ilə bağlı heç bir məlumat verilməyib.Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ünvana baxış keçirilib və restoran sahibi bu qanunsuz əməlinə görə yenidən cərimə oluna bilər
Ötən gün Səbail rayonu Bayıl qəsəbəsi Ziya Yusifzadə küçəsində tikintisi aparılan binanın yaxınlığında 16 ədəd müxtəlif cinsli və müxtəlif ölçülü ağacların dibinin betonlanması barədə ETSN –nə məlumat verilib.Əraziyə nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib
Tikinti şirkəti iddia edilir ki, onlara yazılan cərimə əsassızdır çünki ağacların betonlanmasından onların xəbəri olmayıb.Betonlanan ağaclar tikinti şirkətinin ərazisində deyil səkidə yerləşdiyi üçün həmin ağacların şirkətə heç bir aidiyyatı vəbu günə kimi maneəsi olmayıb.
Ağacların kəsilməsində adı hallan tikinti şirkətindən oda bildirildi ki, faktla bağlı hüquq mühafizə orqanlarınada şirkət tərəfindən müraciət olunacaq.
RƏŞAD VƏKİLOĞLU SPACE TV