58 il müddətində həbs cəzası

  • SpaceTV
  • 5 Sentyabr 2019 16:45

Honduras məhkəməsi keçmiş ölkə prezidenti Porfirio Lobonun həyat yoldaşı Roza Helena Bonillanı 58 il müddətində həbs cəzasına məhkum edib.

Bu barədə Respublika Ali Məhkəməsinin nümayəndəsi Karlos Silvanın bəyanatına istinadən məlumat yayılıb. Keçmiş birinci xanım Roza Elena vəsaitin mənimsənilməsi və fırıldaqçılıq cinayətlərinə görə 58 il həbs cəzasına məhkum edildi”, deyə Silva bildirib. 52 yaşlı Bonillanın vəkili müvəkkilinin günahsız olduğunu və Ali Məhkəməyə apelyasiya şikayətinin veriləcəyini deyib. Sabiq prezidentin xanımı 2018-ci il fevralın sonunda tutulub. Honduras prokurorluğu onu müxtəlif sosial proqramların icrası üçün nəzərdə tutulmuş 700 min dollardan çox pulu mənimsəməkdə ittiham edib.

Paylaş

 Xəbəriniz olsun