570 min sakin təxliyə mərkəzlərinə yerləşmək barədə xəbərdarlıq alıb

  • SpaceTV
  • 15 Avqust 2019 13:04

Space.TV- Xarici Mətbuata istinadən xəbər verir ki, Yaponiyanın qərb rayonlarının 570 min sakini təxliyə ediləcək.

Həmin sakinlər “Krosa” tufanının yaxınlaşması ilə əlaqədar evlərini tərk edərək təxliyə mərkəzlərinə yerləşmək barədə xəbərdarlıq alıb.

Sinoptiklərin proqnozlarına görə bu tədbirlər əsasən, tropik qasırğanın hərəkət istiqamətində olan Hiroşima prefekturasına aiddir. Hazırda tufanın daxilində küləyin sürəti saniyədə 35 metrə çatır. Yaponiyanın qərbində gün ərzində yağıntının miqdarının 800 millimetrə çatacağı gözlənilir ki, bu da öz növbəsində torpaq sürüşmələri yarada bilər.

Tufana görə yapon aviaşirkətləri Tokiodan Şikoku və Küşü istiqamətində 720 reysi təxirə salmağa məcbur olub.

Proqnozlara görə, Sakit okeanda yaranan “Krosa” tufanı sutka ərzində Yapon dənizinə çataraq Hokkaydo adası istiqamətində hərəkət edəcək.

Paylaş

 Xəbəriniz olsun