545 miqrant uşaq ABŞ sərhədində valideynlərini itirib

  • SpaceTV
  • 21 Oktyabr 2020 16:11

ABŞ-ın cənub sərhədində nəzarətə alınan 545 azyaşlı qanunsuz miqrant valideynlərini itirib.

Spacetv.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Ailənin böyük üzvlərinin təxminən üçdə ikisi tapılan kimi Mərkəzi Amerikaya deportasiya edilib. Hüquq-mühafizəçiləri bildiriblər ki, bu nisbətən yeni vəziyyətdir: 2018-ci ildə əksər ailələr deportasiyadan əvvəl bir-birini tapıblar.

Xaricdə olan bir çox valideynin uşaqlarını götürmək istəmədikləri və onları ABŞ-da yaşayan qohumları və ya sponsorlarının yanında saxlamağın tərəfdarı olduqları bildirilir. Çünki, ölkələrinə qayıtdıqları halda onların taleyindən nigarandırlar.

Paylaş

 Xəbəriniz olsun