54 yaşında tələbə oldu

  • SpaceTV
  • 23 Avqust 2019 11:42

Bu il Azərbaycanda ali məktəbə qəbul olan ən yaşlı tələbənin kimliyi məlum olub.

Bu ilin ən yaşlı tələbəsi yenə Ağcabədi rayon sakini olub. On ildən çoxdur ki,​ hər il ali məktəbə qəbul olan Kərəm Süleymanov bu ildə Bakı Dövlət Universitetinə qəbul olub.

Sarıcalı kənd sakini olan 54 yaşlı Kərəm Süleymanovun ali təhsilli olsa da, hər il qəbul imtahanlarında iştirak edərək uğur qazanır.

Gəncə Texnologiya Universitetini bitirən Kərəm Süleymanov öz ixtisası üzrə işləməsə də uzun illərdir ali məktəblərə şagird hazırlayır.

54 yaşlı rayon sakini 10 ildən çoxdu ki. Tələbə qəbulu imtahanlarinda iştirak edərək yüksək nəticələe göstərib. O bu illər ərzində müxtəlif ali məktəblərə o cümlədən Bakı Dövlət Universitetinə və Tibb Universitetinə qəbul olub. Lakin atası xəstə olduğu üçün təhsilini yarımçıq saxlayıb.

Kərəm Süleymanov İxtisasca müəllim olmasam da, “Fizika, “Riyaziyyat” və “Kimya” fənlərindən abituriyent hazırlayır. Hər il ali məktəblərə qəbul imtahanında iştirak edir.

Ən yaşlı tələbə statusunu qazanan Kərəm Süleymanov bu il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. Hələ qeydiyyatdan keçməyib.

Kərəm Süleymanovun dediyinə görə, o, ödənişsiz əsaslarla oxumaq istəyənlərin haqqına girməmək üçün ödənişli yeri yazıb.​

Emin Babayev Space

Paylaş

 Xəbəriniz olsun