53 yaşlı Tayson: “Qayıdıram!”

  • SpaceTV
  • 14 May 2020 10:22

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson bokssevərləri həyəcanlandırıb.

SPACE TV xəbər verir ki, 53 yaşlı veteran idmançı məşq videosunu “Instagram”da paylaşıb.

Yeddi milyondan çox insan tərəfindən izlənən videonun sonunda Tayson “Qayıdıram!” deməklə bokssevərlərdə sual formalaşdırıb.

>

O bu postda “Ağıllı olsanız, hər şey mümkündür. Daha ağıllı məşq edin. Daha ağıllı bərpa olun” sözlərini yazıb. Lakin bunun onun karyerasını bərpa etməklə əlaqədar olmadığı, “Smart Cups” adlı içkinin reklam çarxı olacağı güman edilir.

Paylaş

 Xəbəriniz olsun