53 nəfər Azərbaycandan Qazaxıstana yola salındı

  • Space TV
  • 20 İyun 2020 14:24

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 12 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 40 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

SPACE TV xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1 ” və “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son iki ay ərzində isə 90 Qazaxıstan vətəndaşı və 65 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Paylaş

 Xəbəriniz olsun