510 ədəd çətənə kolu yetişdirən Lənkəran sakini saxlanılıb.

  • SpaceTV
  • 20 May 2020 17:34

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bürcəli kənd sakini Aqil Babayevin özünə aid torpaq sahəsində kultivasiya yolu ilə çətənə kolları yetişdiriyi müəyyən edilib. Saxlanılan Aqil Babayevin özünün iştirakı ilə əraziyə keçirilən baxış zamanı xüsusi qaydada qulluq edilərək becərilmiş 510 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun