500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz payladı

  • SpaceTV
  • 6 Aprel 2020 12:47

Xaçmaz rayonun Qımılqışlaq kəndində yaşayan dərzi Aynur Ağabalayeva nəcib addım atıb. Xaçmaz şəhərində dərzi kimi çalışan gənc xanım koronavirus təhlükəsi ilə əlaqədar  iş yerini bağlasa da o ev şəraitində  tibbi maska tikməyə başlayıb.Gənc dərzi deyir ki,belə zamanda hər kəs öz sosial məsuliyyətini  dərk etməli və bu xəstəlikdən qorunmaq üçün ehtiyacı olan şəxslərə yardım etməlidir.

Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır.Aynur Ağabalayeva maska tikmək üçün parçanın böyük hissəsini öz vəsaiti hesabına alır. Həmçinin bəzi dostları parça almaq üçün ona kömək edir.Onun bu addımı vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Aynur Ağabalayeva koronavirus təhlükəsi ilə əlaqədar tikdiyi maskaları da elə özü paylayır.

Gənc dərzi  bu günə qədər ev şəraitində 500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz paylayıb. Tikdiyi maskaların satış üçün nəzərdə tutulmadığını deyən Aynur Ağabalayeva digər həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırıb.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun