5 yerdən oğurluq edən şəxs saxlanılıb

  • Space TV
  • 16 Dekabr 2019 11:06

Oğru, əsasən, Rusiyada yaşayan insanların rayondakı evlərinə girirmiş. Hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus rayonun Şiyəkəran kəndindəki evindən məişət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun elə Şiyəkəran kəndinin sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. O, saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə heroin aşkar edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə Raqif Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun