5 yaşlı uşaqların biliklərinin yoxlanılması üçün sınağa çəkildilər

  • SpaceTV
  • 28 Fevral 2020 17:45

Paytaxtdaümumtəhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəqədər hazırlıq qruplarındakı uşaqların 1ci sinifə qəbulla bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə mərhələsi başlanılıb. Müsahibə mərhələsi fevralın 24-dən martın 3 nə kimi davam edəcək

Psixoloq, pedaqoq və Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsinin iştirakı ilə yaradılmış komissiya  heyəti,  valideynlərinin iştirakı ilə   müsahibədə işirak edən uşaqları sual -cavab etdilər.Müsahibə mərhələsində əsasən uşaqlardan rus dilində danışmaq və cümlə qurmaq bacarıqları əsas şərt kimi nəzərə alınır həmçinin bütün proses videoçəklişlə qeydə alınır.

Müsahibə mərhələsi başa çatdıqdan sonra uşağın şifahi nitq bacarığının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəylə bağlı sualı yaranan valideynlərin müraciətinə müsahibələr başa çatdıqdan sonra videogörüntülər əsasında yenidən baxılaraq aydınlıq gətiriləcək

Onu da bildirək ki, təhsi Azərbaycan dilində aparılan məktəbəqədər hazırlıq qruplarından 1 ci sinifə qəbul elektron sistemdə avtomatik olaraq həyata keçirilir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun