5 yaşlı uşaq doqquzuncu mərtəbədən yıxıldı, sağ qaldı

  • SpaceTV
  • 26 Noyabr 2019 11:14

Moskvada 5 yaşlı uşaq doqquzuncu mərtəbədən yıxılaraq sağ qalıb.

“Life” xəbər verir ki, hadisə Rusiya paytaxtının çənub-şərqində Podolskaya küçəsində baş verib.

İlkin məlumata əsasən, hadisə zamanı evdə böyüklərdən heç kəs olmayıb: ana uşaqları yatızdıraraq mənzildən çıxıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib. Onun vəzyyəti dəqiqləşdirilir.  

Hadisənin təfərrüatları araşdırılır.

Paylaş

 Xəbəriniz olsun