5 nəfər həyatını itirdi

  • SpaceTV
  • 28 Sentyabr 2019 15:21

Göygöl rayonunda yol qəzası yenə ağır nəticələrə yol açdı. Bu dəfə 5 nəfər həyatını itirdi.

Hadisə Göygöl rayonun Quşqara kəndində baş verib. Yüksək surətlə hərəkətdə olan “VAZ 21 07” markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə “VAZ 21 07” markalı avtomobildə olan 5 nəfərdən 4 ü yerində, 1isə xəstəxanaya aparılarkən keçinib. İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsindən sonra baş verib.

Qəzada həyatını itirən şəxslər MahmudovZamiqƏləddinoğlu İbrahimov Tural Mamed oğlu İbrahimzadə Bayram Hüseyn oğlu Hüseynov Oruc İlham oğlu və Qüdrət Atakişiyevdir. Fatkla bağlı araşdırma başlanılıb. 5 canın ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb.

Paylaş

 Xəbəriniz olsun