5 “Asan xidmət“ mərkəzi yaradılacaq

  • SpaceTV
  • 8 Oktyabr 2019 14:36

İlin sonuna kimi daha 5 “Asan xidmət” mərkəzi  fəaliyyətə başlayacaq. Bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara  xidmət və sosial innovasiyalar agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Agentlik  sədri “Asan xidmət” modelinin digər ölkələrə ixracı ilə bağlı danışdı. O bildirdi ki, Tacikistan və Qırğızıstan  modelin ixracı ilə bağlı müraciət edib.

Ülvi Mehdiyev diasporla iş üzrə dövlət  komitəsi ilə xaricdə yaşayan azərbaycan vətəndaşlarının  asan xidmətdən  faydalanmalarına dair saziş imzaladıqlarını da bildirib. Komitə tərəfindən bu xidmətlərin  hansı ölkədə tətbiq edilə biləcəyi istiqamətində araşdırmalar aparılır.  Ölkə dəqiqləşdirildikdən sonra   “Asan xidmət” həmin ölkədə yaşayan azərbaycan vətəndaşlarına da dövlət xidmətlərini  göstərəcək.

NƏRGİZ  ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun