Çinli alimlər yeni növ koronavirusun mutasiyaya uğramış bir növünü kəşf etdiklərini və virusun orqanizmdə qalma müddətinin daha uzun müddət çəkdiyini iddia ediblər.
SPACE TV xəbər verir ki, alimlər 49 gün “Covid-19” virusunu daşıyan bir kişi xəstəni analiz ediblər. Adı açıqlanmayan şəxs virusu ən uzun müddət daşıyan xəstə olub. Bundan əvvəlki xəstə isə 20 gün koronavirusu daşımışdı.
8 fevralda koronavirus şübhəsi ilə Vuhanda bir xəstəxanaya yatırılan şəxs xəstəliyinin 17, 22, 26, 30, 34, 39, 43 və 49-cu günlərində test edilib və test pozitiv çıxıb. Alimlər hesab edirlər ki, “Covid-19” artıq xroniki xəstəliyə çevrilib.