4800 ədəd ağac əkildi

  • SpaceTV
  • 9 Dekabr 2019 18:12

Ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi Səbail rayonunda da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə mədəniyyət xadimləri, rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Aksiya çərçivəsində konsert proqramı təşkil olunub.

Yüksək bayram əhval-ruhiyyəsində keçirilən tədbirdə ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun