48 mənzilli yaşayış binası tikilir

  • SpaceTV
  • 13 Noyabr 2019 14:54

İnşasına bu ilin fevralında başlanan dördmərtəbəli binada hörgü işləri artıq yekunlaşıb. Binanın dam örtüyü, qapı və pəncərələr quraşdırılıb, binanın fasadına suvaq vurulub. Hazırda daxili mühəndis-kommunikasiya və bəzək işləri görülür.

Binanın həyətində yardımçı tikililərin, o cümlədən hər biri 108 kubmetrlik iki ədəd yanğın əleyhinə və içməli su anbarının inşası başa çatıb, nasosxana binasının tikintisi isə davam etdirilir. Yaşayış binasının tikintisinin noyabrın sonunadək tam başa çatdırılması nəzərdə tutulur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun