48 ailə yeni ili yeni mənzildə qarşılayacaq

  • Space TV
  • 27 Noyabr 2019 15:14

Bura rayonun Həzi Aslanov küçəsidir. Əvvəllər burada 1928-ci ildə tikilmiş və heç bir şəraiti olmayan bir bina varıydı. İndi isə onun yerində 4 mərtəbəli 48 mənzilli yeni yaşayış binası tikilib. 

2 blokdan ibarət binadakı mənzillər bir, iki və üçotaqlıdır. Yaşayış binası zəruri kommunikasiya sistemləri ilə təchiz olunub, yeni su və kanalizasiya xəttinə qoşulub.  Ümumi yaşayış sahəsi 3 min  kvadratmetr olan tam təmirli mənzillərdə təhükəsizlik tədbirləri də görülüb. Qaz sızması olduğu halda burada quraşdırılan xüsusi qurğular xəbərdarlıq siqnalları verir. Elektrik enerjisi hər hansı bir qəza səbəbindən kəsilərsə, batareya ilə işləyən qurğu işə düşür. Binanın həyətində abadlıq işləri görülüb, yerə asfalt döşənib.

Bundan başqa,  rayonda  torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş  daha bir bina sökülüb. Onun  yerində  36 mənzilli yeni yaşayış binası tikiləcək.  Ümumiyyətlə rayonda istismar müddətini başa vurmuş binalar yeniləri ilə əvəzlənəcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun