47 avtomobil təqdim olundu

  • SpaceTV
  • 24 Sentyabr 2019 14:09

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il azı 800 mənzil verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə  isə 174 mənzil artıq təqdim olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Qarabağ müharibəsi əlillərinə avtomobillərin təqdim olunması mərasimində bildirib. Bu il müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradılıb. İl ərzində 377 avtomobil artıq təqdim edilib.

Paylaş

 Xəbəriniz olsun