Hikmət Hacıyev: “İctimaiyyəti Ermənistanın dezinformasiyalarına əhəmiyyət verməməyə, rəsmi mənbələrdən məlumatlar almağa çağırırıq”

  • SpaceTV
  • 27 Sentyabr 2020 15:08

 “Ölkəmizdə internetə giriş müəyyən qədər məhdudlaşdırılıb”.

Spacetv.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu, düşmənin sosial şəbəkələrdə təxribatlarının qarşısını almaq məqsədi daşıyır: “Amma təmas xəttində baş verən hadisələr barədə ölkə ictimaiyyətinə məlumat çatdırılır. Bir daha ölkə ictimaiyyətini Ermənistanın dezinformasiyalarına əhəmiyyət verməməyə, rəsmi mənbələrdən məlumatlar almağa çağırırıq. Əhaliyə Müdafiə Nazirliyi tərəfindən zəruri məlumatlar çatdırılır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün Təhlükəsizlik Şurasının da iclası keçirilib: “Dövlət başçısı tərəfindən real vəziyyətlə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verildi”. 

H. Hacıyev həmçinin media təmsilçilərinə də müraciət edib: “Media resurslarında məlumatların verilməsində səhihliyə əməl edilməsinə çağırıram”.

Paylaş

 Xəbəriniz olsun