Müdafiə Nazirliyi: “Bütün cəbhə boyu şiddətli döyüşlər gedir”

  • SpaceTV
  • 27 Sentyabr 2020 13:21

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Spacetv.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Paylaş

 Xəbəriniz olsun