Hövsanda yol problemi

  • SpaceTV
  • 24 Sentyabr 2020 12:01

Bakıətrafı kənd və qəsəbə yollarının təmiri və asfaltlanması istiqamətində  görülən işlər çərçivəsində paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində də son illər demək olar ki, onlarla küçəyə asfalt örtüyü döşənib. Space TV-nin xəbərinə görə, sakinlər deyir ki,  qəsəbənin digər küçələrinə asfalt çəkilişiinə başlanılarkən onlara da  vəd verilib ki, tozlu-torpaqlı yolları tezliklə digər küçələr kimi təmir olunacaq. Hövsan qəsəbəsi Məktəbli küçəsinə paralel olan digər küçələrin asfaltlanması aparılsa da nədənsə bu küçə yaddan çıxıb.

Şikayətçilər deyir ki, payız və qış ayında yolları keçilməz hala düşdüyü üçün məcbur olub öz vəsaitləri hesabına küçəyə daş və çınqıl tökürlər.

Məktəbli küçəsinin sakinlərinin  daha bir problemi isə 20 ilə yaxındır yaşayış olan  ərazidə kanalizasiya xəttinin olmamasıdır. Dəfələrlə aidiyyatı qurumlara etdikləri müraciət isə bu günə kimi öz nəticəsini verməyib, deyə şikayətçilər bildiriblər.

Hövsan sakinlərini narahat edən problemləri Suraxanı rayon icra hakimiyyətini məsul şəxslərinə çatdırdıq. İcra hakimiyyətindən bildirildi ki, hər iki  məsələ icra başçısının nəzarətindədir və bu problemlərin yalnız qarşıdakı ildə həll olunması mümkün olacaq

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, Suraxanı rayonu Hövsan qəsəbəsində investisiya  proqramına uyğun olaraq digər küçələrlə yanaşı, sözügedən küçənin də təmir olunması nəzərdə tutulur və bu ilin ilin sonuna kimi həmin küçənin asfaltlanması tam başa çatdırılacaq.

Paylaş

 Xəbəriniz olsun