COVİD19 əleyhinə peyvəndlər gətiriləcək – VIDEO

  • SpaceTV
  • 22 Sentyabr 2020 12:58

Dünyanın müxtəlif şirkətləri tərəfindən Covid 19 əleyhinə vaksinlər hazırlanır. Space TV xəbər verir ki, bu şirkətlər vaksinlərin hazır olması üçün intensiv işlər aparır.Vaksinlər hazır olmazdan əvvəl bu şirkətlər dünyanın müxtəlif ölkələri ilə müqavilə bağlayırlar. Həmin müqavilələr üzrə vaksinlər ölkələrə veriləcək. Həmin vaksinlər ölkəyə gətirildikdən sonra vaksinasiya işlərinə başlanılacaq.

Müqaviləyə əsasən, ÜST  tərəfindən COVID-19-la mübarizə üçün effektiv olan təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Artıq dünyada bir neçə COVID-19 əleyhinə vaksinlər hazır olmaqdadır. 3-cü faza sınaqlarına başlanılıb və yaxın vaxtlarda yekunlaşacaq.

Ölkə əhalisininilkin olaraq 20 faizinə peyvəndlərin vurulması planlaşdırılır. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50 faiz qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır. Bəs bu vaksinlər kimlərə vurulacaq?

Vaksinlərin hazırlanması uzun və mərhələli prosesdir. Hazırda 9 vaksin 3-cü faza təhlükəsizlik sınaqlarına keçiblər. İngiltərə, İsveç, Çin şirkətləri, ABŞ və Rusiya ölkələrinin hazırladığı vaksinlər artıq 3-cü faza sınaqlarına keçmək üzrədir. Məlum olub ki, bu vaksinlər effektiv və təhlükəsizdir.

Paylaş

 Xəbəriniz olsun