45 yaşlı kişi, 41 yaşlı həyat yoldaşını və ögey qızını bıçaqlayıb.

  • SpaceTV
  • 6 İyul 2020 15:12

Ağır xəsarət alan 41 yaşlı Elnurə Verdiyeva hadisə yerində vəfat edib. Mərhumun qızı 18 yaşlı Aysun Həsənova isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdilirilib. Dəhşətli hadisə Naftalan şəhərində baş verib. Ailədə yaranan mübahisə zamanı 45 yaşlı Zəfər Məmmədov ögey qızına bıçaqla xəsarət yetirib. Bu zaman Elnurə Verdiyeva övladını xilas etməyə cəhd etsədə həyat yoldaşı tərəfindən bıçaq zərbələrinə tuş gəlib. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun