45 yaş kiçik sevgilisi ilə ilk gecəsindən danışdı: “Səhər yeriyə bilmirdim, sanki…”

  • Space TV
  • 31 Yanvar 2020 11:16

İngiltərədə baş verən hadisə dünya mediasının da gündəminə düşüb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə yaşayan 80 yaşlı qadın İris Cons 35 yaşlı sevgilisi Məhəmməd İrbriham ilə “Facebook”da tanış olub. Daha sonra onu görmək üçün Misirə gedən qadın bildirir ki, onun üçün aralarındakı 45 yaşın bir əhəmiyyəti yoxdur. İrbrihamın onunla pulu üçün sevgili olduğunu da düşünmədiyini deyir.

Yaxında evlənəcəklərini açıqlayan cütlük artıq İngiltərədə məşhurlaşıb. Onlar bir televiziya proqramına da qonaq olublar və qadının burada sevgilisi ilə ilk gecələri ilə bağlı dedikləri aparıcıları şok edib:

“Səhər oyandığımda gəzə bilmirdim. Sanki bütün gecə at çapmışam”.

Cütlük məşhur “Dail Mail”in də nəzərindən qaçmayıb. Qəzetə açıqlama verən İrbriham sevginin gözlərini kor etdiyini deyib:

“Sevgilimin anamdan 20 yaş böyük olması önəmli deyil”.

Həmçinin bildirilib ki, 80 yaşlı İris Consun 54 və 53 yaşlarında 2 oğlu var.

Paylaş

 Xəbəriniz olsun