Virusla üz-üzə yaşam – VİDEO

  • SpaceTV
  • 15 Sentyabr 2020 15:00

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri uzun illərdir ki, yerüstü kanalizasiya xəttinin üfunəti ilə yaşamağa məcbur qalıblar. Space TV xəbər verir ki, kanalizasiya xəttləri yenilənsə də, təxminən 500 metrlik ərazidə ana xətt yerin üzəri ilə axıdılır. Nəticədə kanal boyu qamışlıq yaranıb və antisanitar vəziyyət hökm sürür. Kanala əsasən ətrafdakı istehsal müəssisələrinin çirkab suları axıdılır.

Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib. Lakin problemlə maraqlanan olmayıb. Üfunətdən küçədən keçmək mümkün deyil.

Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilsə  də, cavab konkret olub: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırılıb. İcra Hakimiyyətindən elə Space TV-nin də müraciətinə eyni cavab verildi. İllərdir sakinlərin problemi ilə maraqlanmayan rəsmilər müsahibə verməkdən də yayındılar. Görünür, deyəcək söz tapmadılar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Anar Cəbrayıllı həmin ərazidə yeni xəttlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinin başlanıldığı və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyini vəd etdi. Mövzuya qayıdacayıq.

Cəfər Talıb, Samir Göylərli, Space TV

Paylaş

 Xəbəriniz olsun