Azyaşlıya işgəncə verilib – VİDEO

  • Space TV
  • 10 Sentyabr 2020 12:26

Sumqayıtda azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata  isti bıçaqla  uşağın əllərini  dağlayıb.

Space TV-nin xəbərinə görə, hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində, “Yeni tikililər” adlanan ərazidə baş verib. Azərbaycan Uşaqlar Birliyinin sədri  Kəmalə Ağazadə deyir ki,bu barədə videogörüntülər ona  sosial şəbəkələrdən göndərilib. Dərhal aidiyyatı qurumlara müraciət edib, hadisə nəzarətə götürülüb. Kəmalə Ağazadə  deyir  ki, bu kimi   hadisələr icimailəşdirilərək qınaq  obyektinə  çevrilməlidir: “Atalığı tərəfindən zorakılığa məruz qalan azyaşlı qızın təxminən 11 yaşı var. Atalığı tərəfindən əllərinə dağ basılması videoda da görünür. Uşaq atalıının əlindən qurtulub qonşuya qaçır”.

Hadisəni  azyaşlının qonşusu  lentə  alıb. Hazırda ailə bu hadisənin yalan olduğunu sübut etmək  istəyir: “Ailə çalışır ki, uşağın dediklərini özünə təkzib elətdirsin. Uşaq desin ki, yox belə bir şey olmayıb, əlim isti bir yerə toxunub. Ona görə də elə bir mexanizm olmalıdır ki, bu hadisələrlə qarşılaşan uşaqlar qısa bir müddətdə ailədən təcrid olunsunlar”.

Qeyd edək ki, hazırda uşaq  valideynlərinin yanındadır.

Paylaş

 Xəbəriniz olsun