Qəsəbədə yoxa çxan zibil qutuları

  • Space TV
  • 9 Sentyabr 2020 14:01

Sakinlərin  əksəriyyəti  zibil qutularının olmamasından, bir neçəsi isə küçəyə qoyulan zibil konteynerlərinin onlar üçün narahatlıq  yaratdığdan şikayətçidirlər. Space TV-nin xəbərinə görə,Ceyranbatan qəsəbəsi Kamran Hüseynov və Azad Mirzəzadə küçələrinə illər əvvəl  qoyulan zibil yeşikləri bir gecədə naməlum şəraitdə yoxa çıxıb.

Qəsəbədə yaşayan yüzdən artıq sakinin istifadə etdiyi  zibil yeşikləri təxminən 5 il əvvəl qoyulduğu ünvandan götürüldüyü üçün hazırda bu küçədə yaşayan sakinlərin əksəriyyəti məişət tullantılarını hara gəldi atamağa məcburdur, yalnız avtomobili olan sakinlər zibillərini digər ünvanlarda qoyulan zibil meydançasına aparır.

Qəsəbə sakinlərini narahat edən daha bir problem isə sözgedən küçələrin bu vaxta kimi asfaltlanmamasıdır. İllərdir aidiyyatı qurumlara etdikləri müraciət bir nəticə vermədiyi üçün sakinlər məcbur olub öz vəsaitləri hesabına küçəyə çınqıl tökdürüblər.

Mövcud problemlərin nə zaman həll olunacağı ilə bağlı üz tutduq Ceyranbatan qəsəbəsi üzrə ərazi nümayəndəliyinə. Ərazi nümayəndəsi Müşfiq İsmayılov şihafi olaraq bildirdi ki, sakinlərin problemlərindən xəbərdardır, lakin həll olunması öhdəliyini qəsəbənin bələdiyyəsi daşıyır. Bələdiyyə sədri Cavanşir Zeynalovu isə qəsəbədə gördüm deyən olmadı.

Araşdırma zamanı oda məlum oldu ki, yoxa çıxan zibil qutuları oğurlanmayıb, Abşeron rayon mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən təmirə aparılıb.

Sakinlərə yolların asfaltlanması üçün səbr edib bir müddət də gözləmələri qalır. Hazırda rayonun digər küçələrində aparılan asfaltlanma işləri yaxın vaxtlarda bu ərazini də əhatə edəcək.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun