Lənkəran rayonunun Hirkan–Mamusta-Siyavar avtomobil yolunun təmir-tikinti işləri yekunlaşır

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:33

Lənkəran rayonunun Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir. Sözügedən avtomobil yolunun uzunluğu 7 km təşkil edir.

Uzun müddət istismardan sonra 7 km uzunluğa malik Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolu dağılmış, çökmələr və çatlar əmələ gəlmişdir. Torpaq yatağı deformasiyaya uğramışdır və yol istismara yararsız vaziyətdə idi. Yol yatağının hündürlüyü və eni normaya uygun gəlmədiyi üçün əsaslı şəkildə təmirə ehtiyac yaranmışdır. Space TV -nin məlumat verir ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə yol boyu aparılan təmir-tikinti işləri yekunlaşır. 

Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarması və məişətdə istifadə üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli 210 paqon-metr uzunluğunda yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. 

Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.

Paylaş

 Xəbəriniz olsun