41 yaşlı piyadanı avtomobil vurub

  • SpaceTV
  • 6 Avqust 2019 14:53

 SPACE.TV-məlumat verir ki, Salyanda 41 yaşlı piyadanı avtomobil vurub.  Xəsarət alan şəxsin eşitmə və danışma əngəlli olduğu bildirilib.

Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Anadangəlmə lal-kar olan, 41 yaşı Qaraçala qəsəbə sakini, Həsənağa Allahvediyev yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli

Paylaş

 Xəbəriniz olsun