40 yaşlı kişini cəryan vurdu

  • SpaceTV
  • 22 Avqust 2019 17:02

Neftçlada 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə Neftçala rayonunun Qaraqaşlı kəndin də baş verib. Belə ki, daş karxanasında fəhlə işləyən kənd sakini, 40 yaşlı Rüstəm Şükürov yaxın qohumlarından birinin oğlunun kiçik toyuna getmək və onlara bu xeyir işdə kömək eymək üçün işdən icazə alıb. Kənddə mağarın qurulmasına və digər işlərə köməklik edib. Bircə mağara gələcək elektrik cərəyanını elektrik dirəyindəki xəttə qoşulması qalıb. Mağara elektrik xətlərini qoşmaq üçün elektrik çilingərini çağıracaqdılar. Lakin Rüstəm Şükürov kimsənin xəbəri olmadan mağara gedərək elektrik xətlərini birləşdirmək üçün dəmirdən olan elektrik dirəyinə çıxıb. Məftilləri bir-birinə birləşdirmək istərkən tok vururb

Qeyd edək ki, mərhum Rüstəm Şükürovin özündən sonra 3 azyaşlı övladı qalıb.

Təyyar Nəsirli – Space -Neftçala.

Paylaş

 Xəbəriniz olsun