Yevlaxda bədbəxt hadisə baş verib.
Bədbəxt hadisə çayın Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə çayın nəzarətsiz ərazisində bir nəfərin suya düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. 1979-cu il təvəllüdlü Seymur Abdullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Emin Babayev – Space – Yevlax