4 Yaşlı uşaq yandı

  • SpaceTV
  • 16 Avqust 2019 14:22

Bəzən adi bir diqətsizlik, nəzarətsizlik böyük faciə ilə nəticələnir. Və sonradan bu faciəni, bu ağrı-acını böyüklər çəkməli olur.

 Space.TV -nin xüsusi müxbiri yazır ki, “Sabirabadın Yaxa Dəllək kəndində Həsənovlar ailəsi, adi bir diqqətsizliyin faciəsini yaşayır.  Bu ailədə 4 yaşlı Yağmur adlı qız böyüyürdü. Hamının sevimlisi, istəklisi idi. Ailə bu balaca qızla nəfəs alırdı. O qızcığaz bir gün evdə olmayanda hər kəs darıxırdı. Bu ilin noyabrında 4 yaşı tamam olacaqdı . Amma …”

Hadisə baş verən gün, Yağmur babasının yanına gəlir. Birlikdə nahar edirlər. Sonra babası Şölət kişi tövlədə saxladıqları mal-qaraya ot verdikdən sonra, yenidən geri qayıdır. Balaca qızcığazın anası isə səliqə-sahman yaratmaq üçün tövləyə gedir.

Babası Şölət Həsənov hadisənin baş verməsini belə xatırlayır;

  “Bir stəkan çay içdim, iki stəkan, uşaq da gəldi yanıma. Dedim Yağmur çay içirsən? Dinmədi. Əmin uşaqlarından, Hüseyindən, Fatimədən ötrü darıxırsansa,  səni aparım ora. Uşaqdan səs çıxmadı. Özümə yenidən  çay süzüb, oturdum içməyə. (Yağmur səssiz-səmirsiz aralanıb, tövlədə işləyən anasının yanına gedir) Elə bu anda, gördüm arada qışqırıq səsləri gəlir, anasının səsin eşitdim qaçdım tövləyə. Mənim heç xəbərim yoxdu ki, uşaq  alışqan götürüb,  tayaya od vurub.  Məndə anasından soruşuram ki, tayanı niyə yandırmısan !?  Anası da nə gündə, üstü-başı toz-torpağın içində  yıxılıb, ürəyi gedib. Anası durub qışqırdı ki,  Yağmur! Yağmur hanı? Yağmur qalıb tayada. Qonum-qonşu yığıldılar,  yanğınsöndürən gəldi…”

Alov ot tayasını cənginə alanda, Yağmur bircə kəlmə; “Ay mama” deyə  qışqırır və anasını köməyə çağırır. Anası özünü oda-alova vursa da, yanan qızının harayına yetə bilmir.

Yanğısöndürənlər yanğını söndürdükdən sonra balaca Yağmurun da yanmış meyitini çıxardıblar.

Adi bir diqqətsizlik, nəzarətsizlik uşağın ölümü, bir ailənin faciəsi ilə nəticələnir.

Təyyar Nəsirli -Vüqar Qaliboğlu- Space -Sabirabad

Paylaş

 Xəbəriniz olsun