4 otaqlı ev yanıb

  • SpaceTV
  • 13 Noyabr 2019 14:51

Rayonun Çərəkə kəndində, 4 otaqlı fərdi yaşayış evi yanıb. Ev kənd sakini, 75 yaşlı Etibar Musa oğlu Musayevə aid olub. Ümumi sahəsi isə 250 kvadratmetr olan mənzilin bütün otaqları və otaqlarda olan bütün əşyalar yanaraq yararsız hala düşüb.

Baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun