4 növbəli dərs keçirilən məktəblər

  • SpaceTV
  • 14 Yanvar 2020 17:14

Artıq bir neçə ildir ki, bu valideyn kimi yüzlərlə, bu məktəbli  kimi isə minlərlə  şagird səhər saatlarında gəlib axşam vaxtı məktəbdən çıxmalı olurlar.Abşeron rayonunda son illər bir neçə orta məktəbdə dərslər 3, hətta 4 növbəli keçirilir.

Təkcə Xırdalan şəhər 9 saylı məktəbin tədris korpusunun  1159 şagird üçün nəzərdə tutulmasına  baxmayaraq  hazırda  məktəbdə 3412 şagir,2 nömrəli tam orta məktəb isə 1470 şagird üçün tikilsədə  , bu təhsil ocağında  da hazırda 5327 şagird  oxuyur. 3 və 4 növbəli məktəblərdə dərslər 8 tamamda başlayıb axşam 8-ə işləmiş başa çatır

Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova deyir ki, hazırda rayon üzrə 41 məktəb fəaliyyət göstərir ki,bunlarda da yalnız 3 –ü qanunvericiliyə uyğun olaraq 1 növbəli , sıxlıq yaşandığı üçün 18 məktəbdə dərslər 2 növbəli 20-ə yaxın məktəb isə 3 növbəli olmaqla 6 günlük dərs qrafiki ilə işləyir.

Abşeron rayonundason illər əhalinin sayının artması  və bu rayon üzrə  məktəblərdə yaranan şagird sıxlığı ilə əlaqədar olaraq ötən həftə prezident İlham Əliyev, Dövlət Şəhərsalma və Arxetektura komitəsinin sədri Anar Quliyevi qəbul edərək Abşeron rayonunda yeni məktəb binalarının tikilməsini vacibliyini vurğulayıb

Abşeron rayon təhsil şöbəsindən oda bildirildi ki, yeni tədris ilinə kimi rayon ərazisində 6 yeni məktəb binası və 3 məktəbdə isə əlavə tədris korpsunun tikilməsi nəzərdə tutulub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun