4 nəfərlik dəstə ifşa olunub

  • Space TV
  • 28 Oktyabr 2019 16:39

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Afiq Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Masallının Ərkivan qəsəbə sakini Əlişir Abdinova məxsus 173 qramdan artıq metamfetamin, 60 qramdan çox heroin və 420 qrama yaxın tiryək aşkarlanaraq götürülüb. Eyni zamanda Əlişir Abdinovun  icarə əsasında işlətdiyi Masallı rayonu Qəriblər kəndi ərazisindəki istirahət mərkəzində narkotik vasitələri saxlamaqla satışı ilə məşğul olduğu müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün sözügedən istirahət mərkəzinə baxış keçirilib və Əlişir Abdinova məxsus xidməti otaqdan 2 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd sellofanda çətənə toxumları aşkar edilərək götürülüb. Bundan başqa həmin iaşə obyektində istirahət edən digər 2 şəxsin də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı hər dörd şəxs barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun