4 nəfər zəhərləndi

  • SpaceTV
  • 12 Avqust 2019 12:54

Space.TV-nin xüsusi müxbiri məlumat verir ki, Mingəçevirdə zəhərlənmə hadisəsi baş verib.

Məlumata görə, bir ailənin 4 üzvü süfrə başında qarpız yedikdən sonra dərhal halları pisləşib.  Hadisə şəhərin Günəş küçəsində baş verib.

Şəhər sakinləri  Eldar Şərifov, Fəridə Kərimova, Tünzalə və İlhamə Şərifovalar, dərhal xəstəxanaya çatdırılıblar.

Zərərçəkənlərə tibb yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin etimal olaraq şəhər sakinlərinin qarpızdan zəhərləndikləri bildirilir. 

Paylaş

 Xəbəriniz olsun