4 ildən bir yaşanan tarix

  • Space TV
  • 2 Mart 2020 15:36

29 fevral. Hər 4 ildən bir eşitdiyimiz təqvim. Bir çoxlarında maraq yaranır. Gün sayı etibari ilə digər aylardan daha az olan fevral niyə 3 il, 28 növbəti 1 il isə 29 gün hesablanır. Ümumiyyətlə bu dəyişikliyin səbəbi nədir?

Eramızdan əvvəl 1-ci yüzillikdə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.

Qeyd etdiyimiz kimi, yer günəş ətrafına tam dövrəni 365 gün 6 saat 10 dəqiqə 9 saniyəyə başa vurur. Həmin 6 saat 4 ildən bir olaraq 1 günlə əvəz olunur. Bir sual yaranır. Bəs qalan 10 dəqiqə 9 saniyə niyə nəzərə alınmır ?

Bir çoxları fevral 29 gündən  ibarət olan illəri uğursuz hesab edir. Lakin astroloqlar  bunun yalnış fikir olduğunu bildirir. 29 fevralda italyalı bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı kimi məhşurlar və bizim bu günkü qəhrəmanımız Loğman Kamranlı dünyaya gəlib. O deyir ki bu sadəcə rəqəmdi, lakin buna baxmayaraq fevralın 29 gün hesablandığı illəri özü üçün uğurlu hesab edir.

Sonda onu qeyd edək ki, aylar və günlər sadəcə bir- birini əvəz edən təqvimdir. Əsas olan sizin tək 1 günü yox hər günü sizinmiş kimi dəyərləndirmənizdir.

  Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun