4 günlük iş həftəsinə hə, ya yox?

  • SpaceTV
  • 14 Oktyabr 2019 17:56

Bir çoxları bütün həyatlarını işdə keçirdiklərini deyərək gileylənirlər.  Lakin bir neçə il bundan əvvəl 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi ilə çıxış etmişdi. Alimlər də müəyyən ediblər ki, iş saatının qısaldılması əməyin məhsuldarlığına təsir etmir. Məsələn, 8 saata 10 detal hazırlayan usta bu detalı 6 saata da hazırlaya bilir. Bəs Azərbaycanda necə? 4 günlük iş həftəsinin tətbiq olunması gündəmdədirmi?  Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin bu məsəslə ilə bağlı sualını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir.

Dünya təcrübəsinə gəlincə.. Hollandiya ən qısa iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edib, orta işçinin iş günü 7 saat 30 dəqiqə təşkil edir. Təhsil səviyyəsinə görə dünyda birinci yerdə olan Finladyada da  həftəlik iş rejimi 35 saatdır. Birləşmiş Ştatlarda isə həftəlik iş rejimi 40 saat olsa da maraqlısı odur ki, özəl şirkətlər  bu iş vaxtını 35 saata endirib.  Yəni,  bu şirkətlər Azərbaycanda  bəzi özəl şirkətlərdə olduğu kimi yalnız öz ciblərini güdərək işçini istismar etmək haqqında düşünmürlər.   Unutmayaq ki, Çin vətəndaşları günün 10 saatını işdə keçirirlər. MDB ölkələri sakinləri həftədə 40 saat işləyir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun