4 Azyaşlıya qarşı şiddət

  • SpaceTV
  • 26 Oktyabr 2019 13:15

Onlar ötən gün axşam saatlarında  Sabunçu rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən Ramanı qəsəbəsində yerləşən uşaq evinə təhvil verilib. Uşaq evinin rəhbəri bildirdi ki, uşaqlar artıq  həkim müayinəsindən keçiblər.  

Uşaqlar evdə o qədər zorakılıq görüb ki, uşaq evinə gətirildikdən sonra belə həkim müayinəsində olarkən qorxu keçiriblər.

Onlardan 6 yaşlı Ayla ən böyüyüdür. 1-ci sinfə gedir. Rəsulun 5, Aylinin 4, Ayanın isə 2 yaşı var.

Məlum oldu ki, uşaqların anası həyat yoldaşından ayrılıb. Anası və uşaqlar İsmayıl adlı şəxsin Ramanı qəsəbəsində yerləşən evində kirayə qalırmış. Elə həmin şəxs də uşaqların əlini alışqanla yandıraraq onlara işgəncə verirmiş. Bunu biz yox, elə uşaqların özləri dedi.

Vəkil isə bildirdi ki, uşaqları həmin vəziyyətə salan şəxsi 2 ildən 5 ilədək həbs cəza gözləyir.

Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur.Odur ki, uşaqlarla kobud rəftar, onlara qarşı işgəncə yolverilməzdir. O ki qaldı yad bir şəxs tərəfindən … Yaxın günlərdə isə bu işə polis qarışacaq. 4 azyaşlıya kimlər tərəfindən işgəncə verilməsi halı dəqiqləşdiriləcək və ümid edirik ki, həmin şəxs və ya şəxslər  cəzasız qalmayacaq.  Mövzunu davam etdirəcəyik.

 NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun