4 ailə yeni ili evlərində qarşılayacaq

  • SpaceTV
  • 12 Dekabr 2019 13:44

Şəhərdə inşa olunmuş 2 mərtəbəli yaşayış evində mənzillər 2 və 3 otaqlıdır. Mənzillər mərkəzləşdirilmiş istilik sistemi, daimi qaz, su, işıq, eləcə də mətbəx mebeli təchiz olunub. 3 otaqlı yeni mənzillə təmin olunan şəhid Rəmzi Məhərrəmovun anası dövlətin diqqəti və qayğısını  qəhrəmanların ruhuna böyük ehtiram hesab edir.  

Elşad Qədirov da Qarabağ döyüşlərində şəhid olan lənkəranlı igidlərimizdəndir. Şəhidin ailəsi 3 otaqlı, tam təmirli mənzillə təmin olunub.  

Dövlət başçısının bu istiqamətdə tapşırığının icrası ilə mənzillə təmin olunan  digər 2 şəhid ailəsi 1993 və 1994-cü illərdə Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olan Anar Əliyev və Vaqif Məmmədovun ailələridir. Qeyd edək ki, bir müddət əvvəl Lənkəranda daha 2 şəhid ailəsinə də fərdi yaşayış evi verilmişdi.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun